XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2016 - 10:21

Motosiklet ağaca çırpıldı,sürücü xəsarət aldı

Yaralı kəllə-beyin travması alıb

Ağstafada sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Strateq.az report.az-a istinadən xəbər verir ki, qəza 1983-cü il təvəllüdlü yerli sakin Namaz Əkbərovun idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində qeydə alınıb.

Güclü zərbənin təsirindən bir neçə metr kənara düşən sürücü ağır bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, kəllə-beyin travması alan N.Əkbərovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır.