XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 15:34

Qanunsuz ov edən şəxslər cəzalandırılıb –Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.