XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 06:22

Yarımfinalda Türkiyədən Elnura böyük dəstək

Elnur_huseynov.jpg

Bu gün Avstryanın paytaxtı Vyana şəhərində Avroviziya Müsiqi Yarışmasının ikinci yarımfinalı keçiriləcək. Azərbaycanı təmsil edən müğənni Elnur Hüseynov da yarımfinala çıxanlar sırasında bu gün çıxış edəcək. Elnur Hüseynov 11-ci iştirakçı kimi səhnəyə çıxacaq və ‘Hour of the Wolf’ mahınısını ifa edəcək.

Azərbaycanla yanaşı Rusiya, Rumınya, Macarıstan, Yunanıstan, Estoniya, Gürcüstan, Serbiya və Belçika təmsilçiləri yarımfinala çıxıblar. Yarışmanın şərtlərinə görə finala 10 ölkə təmsilçisi çıxacaq.

Yarımfinaldkı çıxışı ilə bağlı açıqlamasında Elnur: ” Hər kəsin gözünü qırpmadan seyr edəcəyi bir şou hazırlamışıq. çox işlədik, ümid edərəm ki, hər kəs bəyənəcək və bu mahnı hər kəsin ürəyincə olaçaq”, – deyib.

Qardaş Türkiyədən Elnura çox böyük dəstək ifadə olunub. Türkiyənin tanınmış simaları Elnura dəstək videosu çəkərək sosial şəbəkələrdə yayıblar. Acun İlıcalı, Fettah Can, Güpse özay, 3ADAM Eser, Günay Musayevanın və digərləri çəkildiyi video-çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Streteq.az