XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 23:43

“BakuBus” MMC-yə məxsus sərnişin avtobusu qəzaya uğrayıb –FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Sürücü Nadir Əmirovun 7A saylı xətt marşrutu üzrə idarə etdiyi “Iveco” markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun əks tərəfindən gələn “Niva” markalı avtomobil avtobusa çırpılıb. Qəza nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Avtobusda olan sərnişinlər digər ictimai nəqliyyat vasitəsinə köçürülüb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) də avtoqəza ilə bağlı açıqlama yayıb. BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, 7A marşrut xətti üzrə hərəkətdə olan 99-JH-268 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu metronun “Q.Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb. Qəza əks yolda hərəkət edən “Niva” markalı minik avtomobilinin idarəetmədən çıxaraq avtobusa çırpılması nəticəsində baş verib:

“İlkin məlumata görə minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır, avtobusun müşahidə kameralarının görüntüləri təhlil ediləcək. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.

Qeyd edim ki, bu cür qəza halları avtobusların nasaz hala düşərək müəyyən müddətə xətdən kənarda qalmasına səbəb olur. Bu isə avtobuslara tələbatın yüksək olduğu indiki vaxtda heç də arzuolunan hal deyil. Bunu nəzərə alaraq sürücülərdən daha ehtiyatlı olmalarını və yol hərəkəti qaydalarına düzgün riayət etmələrini xahiş edirik”.