XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2020 - 18:31

Nizami Xudiyevin prokuror oğlu işdən çıxarılıb?- Rəsmi

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: “Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır”. 

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.