XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2020 - 19:11

DİN əməliyyat keçirdi- 8 milyonluq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.