XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2020 - 20:34

Goranboyda yol-nəqliyyat hadisəsi:ata və oğul xəsarət alıb

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Xanqərvənd – Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşması nəticəsində, motosikletdə olan, 1978-ci il təvəllüdlü Aftandil Teymurov və 2005-ci il təvəllüdlü oğlu Amil xəsarət alıblar.

Hər ikisi xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.