Gərmətük qəsəbəsində boğulan yeniyetmənin şəxsiyyəti müəyyən olunub.
Yeniyetmə Kərgəlan kənd sakini 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğludur.
Belə ki, yeniyetmə dostu ilə birlikdə çayda çimərkən boğulub. Meyit ətrafdakıların köməyi ilə sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Rayon Prokurorluğu əməkdaşları hadisə yerində olub.
Faktla bağlı araşdırma aparılır. /Report.az