XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 12:19

Millimiz dünyaçempionatı yolunda

 

Bu gün Azərbaycan milli komandası futzal üzrə dünya çempionatının seçmə mərhələsinin "play-off" raundunda ilk oyununu keçirəcək.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, millimiz Niderlandın Almere şəhərindəki "Topsportcentrum" idman kompleksində Niderland yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu Ondrey Çerni (Çexiya), Sedrik Pelissier (Fransa) və Sven Ayxler (Almaniya) idarə edəcəklər.

Qarşılaşma "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.