XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2020 - 10:34

Gürcüstanda koronavirus:165 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada daha 165 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. 

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 2 392-yə çatıb. Yoluxan şəxslərin 1 369-u sağalıb, 19 nəfəri isə vəfat edib.

Hazırda 5 882 nəfər karantin zonalarında, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır. (report)