Batumidə COVİD-19 infeksiyasına yoluxma mənbələrini müəyyənləşdirmək artıq mümkün deyil.
Bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə? artıq virus şəhərin müxtəlif bölgələrinə səpələnib və bölgədə gərgin epidemioloji vəziyyət yaranıb.
Qeyd edək ki, bu gün Gürcüstanda qeydə alınan 165 yoluxma halının 108-nin Acarıstan MR ərazisində, əsasən də Batumi şəhərində qeydə alındığı bildirilib. (apa)