“Son həftə ərzində Gürcüstanda koronavirusa yoluxa sayında artımın olmasına baxmayaraq, ölkə “yaşıl” zonada qalır”.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
O bildirib ki, digər ölkələrlə müqayisədə Gürcüstan əvvəlki kimi ən təhlükəsiz ölkələrdən biridir.
Baş epidemioloqun sözlərinə görə, aparılan testlərin sayı artırılıb: “Avqustda 4 665 test həyata keçirilibsə, sentyabrın 4-də bu gösətirici 8 259-a çatıb”. (report)