Gürcüstanda Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə Kvemo Kartli Səhiyyə Xidmətinin rəhbəri Davit Beqaşvili məlumat yayıb. Onu sözlərinə görə, son yoluxma hallarının 6-sı Qardabanidə, 5-i isə Rustavidə qeydə alınıb. Yoluxan şəxslərin yoluxma hallarının geniş yayıldığı Acarıstan Muxtar Respublikasına səfər tarixçələrinin olduğu bildirilir.
Qeyd olunub ki, hazırda Rustavidə 115, Qardabanidə 20 nəfər özünü təcrid vəziyyətindədir. (apa)