Azərbaycan futbolunun və “Neftçi” tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov bu gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılacaq.
Strateq.az qafqazinfo-ya istind'n xəbər verir ki, dəfn mərasimində “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da iştirak edəcək.
Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə “Neftçi” və 1974-cü ildə Ukraynanın “çernomorets” klubları ilə SSRİ çempionatının bürünc medalını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.