XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2020 - 13:33

“Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox vacib bir gücdür”- Erkan Özoral

“Türkiyə Azərbaycanın müstəqilliyini gücləndirmək üçün əlindən gələni edib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA TV-də yayımlanan “APAralel” proqramında deyib.

“Bu dəstək siyasi, iqtisadi, hərbi, təhsil, mədəniyyət sahəsində olub. Bu gün bütün sahələrdə çox möhkəm münasibətlər və əməkdaşlıq var. Bildiyiniz kimi viza rejimi ləğv olundu, 90 gün iki ölkə vətəndaşları bir-birinin ölkəsində qala bilər. Növbəti hədəfimiz pasportla gediş-gəlişi qaldırmaqdır. Son 30 ildə əlaqələr çox yüksək səviyyəyə çatıb”, – səfir bildirib.

Səfir qeyd edib ki, bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investorlardan biridir: “Hər gün dəyişən, inkişaf edən Azərbaycan görürük. Bu gün Azərbaycan dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyi məsələsində çox vacib bir yerə sahib ölkədir, gücdür. Azərbaycan Qafqazda gücə çevrilib. Biz də Azərbaycandan güc alırıq. Qardaşımızın belə güclü olmasından qürur duyuruq”.