XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2020 - 20:11

Su təsərrüfatı balanslarının tərtib edilməsi- Nazirlər Kabineti qaydalara dəyişiklik edib

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Trend-in məlumatına görə, Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı” yeni redaksiyada təsdiq edilir.