XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Sentyabr 2020 - 09:57

Ermənilər atəşkəsi yenə pozdu –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.