XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 16:31

Kiyev-Bakı aviareysi bərpa oluna bilər –Oktyabrın 1-dən

Oktyabrın 1-dən etibarən “Ukraine International Airlines” (UIA) şirkəti Kiyevdən 5 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.

UIA xəbər verir ki, qeyd olunan tarixdən etibarən Kiyevdən Brüsselə (Belçika), Düseeldorfa (Almaniya), Londona (Böyük Britaniya), Praqaya (Çexiya) və Bakıya (Azərbaycan) uçuşlar həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, UIA Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen və Praqa şəhərlərindən Kiyev üzərindən Dubay, Qahirə, Bakı, İstanbul, Tel-Əviv və İrəvana tranzit reyslər təklif edir.

Həmçinin, Kiyev üzərindən Dubay, Qahirə, Bakı və İrəvan şəhərlərindən Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen, Praqa, Tel-Əviv və İstanbula tranzit reyslər təklif olunur/APA.