XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2020 - 15:38

Prezident Çilinin dövlət başçısını təbrik edib –MƏTN

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.