XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 20:30

Qazaxıstanda yerli koronavirus vaksininin sınaqları başlayıb –Açıqlama

Qazaxıstanda koronavirusa qarşı “QazCovid-in” adlı peyvənd dərmanının klinik sınaqlarına başlanılıb.

“QazAqparat” (“Kazinform”) xəbər verir ki, Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə yeni dərman Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqatlar İnstitutunda hazırlanıb.

Sınaqlara 18-50 yaş həddində könüllülər cəlb edilir. Sınaqların birinci mərhələsində 44 nəfərin iştirakı ilə dərmanın təhlükəsizlik səviyyəsi, ikinci mərhələsində 200 nəfərin iştirakı ilə immunogenlik xüsusiyyətləri araşdırılacaq.

Təhsil və elm nazirinin müavini Miras Dəvlenovun dediyinə görə, bütövlükdə sınaqlarda iştirak etmək istəyən 688 nəfərin ərizələri təsdiq olunub/Report.