Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” Bakıda “Qalatasaray”ı qəbul edib.
Strateq.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində “Qalatasaray” hesabı açıb.
Belə ki, Mbaye Diaqne baş zərbəsi ilə topu qapıdan keçirib – 0:1.
İlk hissə bu hesabla başa çatıb.
46-cı dəqiqədə “Neftçi” Mamadu Mbocin qolu ilə hesabı bərabərləşdirib – 1:1.
48-ci dəqiqədə isə Kristian Luyindama “Qalatasaray”ın 2-ci qoluna imza atıb – 1:2.
63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb – 1:3.
Oyun bu hesabla başa çatıb.
Beləliklə, “Neftçi” Avroliqada mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qalatasaray”ın növbəti mərhələdəki rəqibi Xorvatiyanın “Hayduk” komandası olacaq.