XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2016 - 19:30

Xalq yazıçısı Maqsud İbrahimbəyov vəfat edib

maqsud-1

 

Xalq yazıçısı Maqsud  İbrahimbəyov bu gün dünyasını dəyişib. 

Bu barədə xəbəri Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Özünün feysbuk səhifəsində yazıb.

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonraAzərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. Eyni zamanda institutun çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib.

Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mehəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.

Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Azərbaycan Respublikasının xalq yazıçısı kimi fəxri adlarla təltif olunub.

Bir sıra filmlərin ssenari müəllifidir. Yazıçı Rüstəm İbrahimbəyovun qardaşıdır.

Allah rəhmət etsin!