XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 12:09

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Departamentindən Strateq.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq.  

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.