XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 17:53

Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək –Baş nazir sərəncam imzaladı

Rusiyanın Baş naziri Mixail Mişustin dörd ölkə ilə hava nəqliyyatının bərpa edilməsi haqqında sərəncam imzalayıb.

Bildirilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək.

Ölkənin Koronavirusla mübarizə üzrə Operativ Qərargahı sentyabrın 18-də dörd ölkə ilə hava reyslərin yeniləməsi haqqında bildirib. Qeyd edilir ki, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla hava əlaqəsi bərpa olunacaq. Cənubi Koreyaya reyslər bir az sonra – sentyabrın 27-də təşkil olunacaq.

Rusiya xarici ölkələrlə hava əlaqəsini martın sonunda dayandırıb. /Report.az