XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2020 - 22:33

Rusiyada beşmərtəbəli binada partlayışı baş verib:yaralılar var

Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən partlayış baş verib.

Bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb.

Partlayış binanın 2-ci mərtəbəsində olub.

Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, binanda olan 85 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilib.