XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 11:05

Ermənistanda koronavirus:daha 6 nəfər öldü

Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 552-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 936-ə çatıb. İndiyədək 42 637 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 692 aktiv koronavirus xəstəsi var. (report)