XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 11:14

Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub –1 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 193 yoluxma halı qeydə alınıb, 1 nəfər vəfat edib. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 695 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 534 nəfərin sağaldığı, 20 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)