XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 23:17

Azərbaycanda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması qaydaları dəyişib- Detallar

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib. 

APA-nın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilib.

Dəyişikliyə əsasən, artıq müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmayacaq. Bundan sonra Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.