XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2020 - 09:42

Daha bir qubernator koronavirusa yoluxub –Rusiyada

Rusiyanın Altay diyarının qubernatoru Viktor Tomenkoun koronavirus testinin nəticəsi müsbət olub.

“Report” yerli hökumətin saytına istinadən xəbər verir ki, V.Tomenko sentyabrın 22-dən evdə ambulator müalicə edilir.

Qubernator məsafədən idarə rejimi ilə işləyir. Onun iştirakı keçirilməsi nəzərdə tutulan bütün tədbirlər 10-14 gün müddətinə təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin qubernatoru Valeri Radayevin koronavirusa yoluxması barədə məlumat yayılmışdı.