XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 18:54

Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir –Açıqlama

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabet satışına başlayıb.

Məlumata görə, ilk avireysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.

Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.

Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən “Report”a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.