XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 13:40

Azad Rəhimov:“Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq”

“Çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Faktiki yenidənqurma və təmir işləri aparıldı. Ən çox populyar olan, ən çox sevdiyimiz və xalqımıza ən çox medal bəxş edən idman növünün də akademiyada öz zalı var. Bununla demək olar ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb. Hazırda təhsil nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra, bəlkə də, noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin”.

Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

 Nazir bildirib ki, ilin sonlarında bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər: “Bir çox idman növlərində adətən noyabr-dekabr aylarında respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər olub. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu, idman zallarının, fitness zalların açılması da var. Əgər qəbul olunsa, çempionatları keçirmək mümkün olacaq. Bilirsiniz ki, idmançı bir ay evdə qalsa, formanı 3-4 aya bərpa edə bilir. Yarışların olmaması idmançıların gücünü məhv edir. Bu çempionatların təşkili üçün əlimizdən gələni edəcəyik”.