XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 11:12

Azərbaycan millisi Hollandiya yığmasınıməğlub etdi

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin play-off raundunda ilk oyununu keçirib.

Azərtac xəbər verir ki, komandamız Hollandiyanın Almere şəhərindəki Topsportcentrum idman kompleksində Hollandiya yığması ilə qarşılaşıb. Matçda millimiz 5:1 hesabı ilə qələbə qazanıb. 

Komandalar arasında cavab oyunu aprelin 12-də Bakıda keçiriləcək.

Oyunu şərh edən millimizin baş məşqçisi Tino Perez oyundan razı qaldığını bildirib: “Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq.

Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da ən azı bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.