XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 17:55

TƏBİB:"Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb"

“COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasında TƏBİB-in əməkdaşı Samir Vəliyev bildirib.

O qeyd edib ki, GAVI təşkilatı tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dolları kimi proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır: “Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 faiz hissəsinə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə,  2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir.

Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir”.