XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2020 - 12:22

İsmayıllıda avtomobil dərəyə aşdı:ölən var

İsmayıllı rayonunda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 23-ü saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası – Əliyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.