XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 13:09

Sabah hava necə olacaq? –Proqnoz

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz  26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq.

Sentyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  14-17 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.