XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 14:48

İŞİD narkotik satışından 1 milyard dollar qazanıb

“İŞİD terrorçu qruplaşması Əfqanıstandan narkotik tranzitindən 1 milyard dollara yaxın qazanc əldə edib”.

Bunu Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin rəhbəri Viktor İvanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Hesablamalarımıza görə, Əfqanıstandan heroin qaçaqmalçılığından İŞİD-ın qazancı 1 milyard dollara çatıb. Avropa qitəsinə daşınan heroinin təxminən yarısını İŞİD təmin edir” – deyə V.İvanov bildirib.

Rusiyanın Əfqanıstandan heroin axınından narahat olduğunu söyləyən V.İvanov bildirib ki, bu il Əfqanıstanda tiryək istehsalı həcminin rekord göstəriciyə çatacağı gözlənilir. O, Rusiyanın bütün regionlarında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirildiyini söyləyib.

Qeyd edək ki, V.İvanov bir müddət öncə mətbuata açıqlamasında Rusiyada narkotik aludəçilərinin ildə 30,5 milyard dollar xərclədiyini bildirib. Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi üzündən ölkə iqtisadiyyatına 80 milyard dollar ziyan dəyib. V.İvanov Rusiyada 8 milyon nəfərin narkotik aludəçisi olduğunu əlavə edib (APA).