XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 20:43

BMT Baş katibi:“Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi”

“COVID-19 ilə bağlı pandemiya açıq-aydın beynəlxalq əməkdaşlıq üçün sınaqdır və biz bundan üzü ağ çıxa bilmədik”.

Bunu BMT Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının virusla bağlı vəziyyət üzrə iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, virus artıq dünyada 1 milyona yaxın insanı öldürüb və 30 milyondan çox insan virusa yoluxub: “Artıq vəziyyət nəzarətdən çıxıb”.

Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 24-nə olan məlumatına görə, dünyada ümumilikdə 31 664 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 972 221 nəfər virusun qurbanı olub/Report.