XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 00:24

Avropa Liqası: "Qalatasaray" qalib gəldi, "Beşiktaş"la "Alanyaspor" isə məğlub oldu

Bu gün Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib. 

Strateq.az xəbər verir ki, “Aslan”lar  Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşmadan qalib ayrılıb:- 2:0.

Oyunda hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, “Qalatasaray” pley-offda “Villem II” (Hollandiya) – “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Türkiyənin digər təmsilçilərinə gəldikdə, “Alanyaspor” Norveçin “Rusenborq” komandasına minimal hesabla uduzub – 0:1.

Bununla da türk klubu növbəti mərhələyə çıxa bilməyib.

“Beşiktaş” isə Portuqaliyanın “Riu Ave” komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib.

“Qara qartallar”dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə “Riu Ave” daha dəqiq olub – 4:2.

Bununla da “Qara Qartal” da avroliqa ilə vidalaşıb.

Penaltilərdə “Riu Ave” qalib olub – 4:2.  

Bununla da “Qara Qartal” da avroliqa ilə vidalaşıb.