XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 09:57

“Biz qərar verə bilmərik” – İcra başçısı suçu şirkətlərin üzərinə atdı

“Binaları hansı şirkət üzləyib, həmin şirkət də sökməlidir”.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib.

İcra başçısı qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi komisiyası bu işlə məşğuldur: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Dövlət Komisiyası sədrinin telefonaqramı var ki, FHN-in rəyi olmadan rayon ərazisində heç bir bina sökülə bilməz”.

İ.Mehdiyev bildirib ki, binanı hansı şirkət üzləyib həmin şirkət də sökməlidir: “Rəy açıqlanandan sonra binanı üzləyən şirkətə müraciət edəcəyik, onlar da gəlib sökəcəklər. Bu, FHN-in rəyindən asılıdır. Yəni, həmin üzlük materialları laboratoriyalara göndəriləcək. Onun laboratoriyada yanan material və ya yanğına davamsız material olması təsdiq olunarsa, həmin üzlüklərdən istafadə olunan binaların fasad hissələri söküləcək. Biz rayon İcra Hakimiyyəti olaraq, həmin binaların fasadlarının sökülməsinə qərar verə bilmərik”.