XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2020 - 11:16

Ermənistanda koronavirus:yoluxanların sayı 48 643-ə yüksəldi

Ermənistanda daha 392 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 48 643-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 945 nəfərdir. İndiyədək 43 401 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 002 aktiv koronavirus xəstəsi var. (report)