XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2020 - 11:38

Gürcüstanda koronavirus:daha 265 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 265 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4 664 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 759 nəfərin sağaldığı, 26 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)