XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 12:30

XİN-in Konsulluq idarəsinin rəsmisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb- Məhkəmə qərarı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N. Abdullayev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.