XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 15:54

Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib- MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.