XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 23:17

Regionlarda ictimai nəqliyyatda təmassız ödənişin tətbiqi- Nazirlikdən açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Şamaxıda reallaşdırdığı sərnişin daşımalarında nağdsız ödəniş üzrə pilot layihə müvafiq orqanlar tərəfindən təsdiqlənərsə, bu, digər regionlarda da tətbiq oluna bilər.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, bu sahədə dəyişikliklər yalnız müsbət istiqamətdə baş verir. Təmassız texnologiyanı dəstəkləyən əməkhaqqı, pensiya, bank kartları olan sərnişinlər bu sistemdən rahat istifadə edə biləcəklər. Kartı olmayan şəxslər “Azərtürkbank” tərəfindən “prepaid” kartlar əldə edərək bu xidmətdən istifadə edəcək. Elektron ödəmələrə keçid mərhələli şəkildə baş verəcək.

Müraciət olunacağı təqdirdə Məlumat Hesablama Mərkəzi bu sistemi bütün ölkə ərazisində tətbiq edə bilər. Sistem ictimai nəqliyyat üzrə ödəniş siseminə inteqrasiya oluna bilər.