XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 13:33

Aleksey Şvaryov:"Ermənistan ordusunun təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır"

Azərbaycan Ordusunun ölkəsinin işğal altında olan ərazilərini azad etmək haqqı var. Azərbaycanın Silahlı Qüvvələri ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir.

Bu fikirləri Azərtac-a məxsusi açıqlamasında ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.

“Bu gün Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu var. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları hər an azad edə bilər”, – deyə ukraynalı hərbçi əlavə edib.

Ukraynalı hərbçi bildirib ki, Ermənistan ordusunun təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarını qəti şəkildə pisləməlidir.