XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 16:40

Maqsud İbrahimbəyovI Fəxri xiyabanda dəfn olundu

Xalq yazıçısı Maqsud İbrahimbəyov son mənzilə yola salınıb. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərtac xəbər verir ki, dəfndən əvvəl vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Maqsud İbrahimbəyovun həmkarları, dostları, tanışları, tanınmış qələm adamları, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları Akademik Milli Dram Teatrının binasına gələrək onunla vidalaşıblar.

Mərhumun ailəsi adından çıxış edən Murad İbrahimbəyov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.