XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 23:35

Şamil Ayrım:"Türkiyə parlamentində təmsil olunan siyasi partiyaların Azərbaycana dəstək bəyanatı qüvvədədir"

Ermənistan silahlı qüvvələrinin bu gün sübh saatları atəşkəsi pozaraq Azərbaycanın mülki yaşayış məskənlərinə hücumu beynəlxalq səviyyədə qınaq və konkret tədbirlər tələb edən cinayətdir. Türkiyə dövləti və xalqı bütün imkanları ilə Azərbaycanın yanındadır və sülhsevər dünya ictimaiyyətini bu məsələdə ədalətli mövqe nümayiş etdirməyə dəvət edirik.

Bu fikirləri Azərtac-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Türkiyə dövlətinin, o cümlədən Türkiyə Böyük Millət Məclisinin Azərbaycana qardaşlıq münasibətinin əbədiyyətə qədər davam edəcəyini diqqətə çatdıran Şamil Ayrım deyib: “Ermənistan silahlı qüvvələrinin bugünkü qanunazidd davranışı 12 iyul tarixli Tovuz hərbi təxribatının məntiqi davamıdır. Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İyi Partiyanın 14 iyul 2020-ci il tarixli dördlü bəyanatı tarixi hadisə kimi dövlətçilik tariximizdə hər zaman qüvvədədir. Türkiyə xalqı malı, canı və mənəvi dəstəyi ilə Azərbaycanın yanında olmaqda davam edəcəkdir.”