XƏBƏR LENTİ

23 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 20:54

Ərdoğan Türkiyəli millət vəkillərinə təşəkkür edib- Azərbaycanı dəstəkləyən bəyanata görə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Böyük Millət Məclisində Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat qəbul olunması ilə əlaqədar  təşəkkürü yayımlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti TBMM üzvlərinin Azərbaycanın yanında olduğunu bildirən bu bəyanatla əlaqədar Türkiyə xalqı və öz adından təşəkkür edib, qətiyyətli davranışına görə millət vəkillərini təbrik edib.

Qeyd edək ki, bəyanata Xalqların Demokrat Partiyası (HDP) xaric, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP) və İyi Partiya imza atıb