XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 00:08

Süni intellekt insan düşüncəsini oxumağa başlayıb

Alimlər kompüterə insan beyninin siqnallarını izləməyə və vizual qavrayışı modelləşdirməyə imkan verən metodika yaradıblar. Bunun sayəsində süni intellekt indiyədək məlum olmayan informasiyanı nümayiş etdirməyi öyrənib.

Azərtac xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə deyilir.

Bildirilir ki, yeni üsulun əvvəllər yaradılan “beyin-kompüter” interfeysinə əsaslanmasına baxmayaraq alimlər tərəfindən ikitərəfli əlaqə təmin olunub. Kompüter və insanın düşünmə orqanının qarşılıqlı fəaliyyəti zamanı birinci beyin tərəfindən ötürülən siqnalları oxuyaraq onları vizual modelə çevirir. Bunun sayəsində düşüncədə əmələ gələn informasiyanı qavrayış üçün başa düşülən şəkildə təqdim etmək imkanı yaradılır.

Həmçinin qeyd olunur ki, beyinin göndərdiyi siqnallar və onların vizual modelinin yaradılması kompüter tərəfindən eyni vaxtda həyata keçirilib.

Helsinki Universitetinin mütəxəssislərinin fikirlərini diqqətlə öyrənən ekspertlərin sözlərinə görə, indiyədək buna oxşar heç nə yaradılmayıb. Bu, həm beyin tərəfindən göndərilən siqnalların, həm də onların vizual modelinin yaradılmasının kompüter tərəfindən eyni vaxtda edilməsi ilə əlaqədardır.