XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 23:31

Bolqarıstanın sabiq prezidenti:"Ermənistanın Azərbaycana hücumu təxribatdır"

Ermənistanın Azərbaycana hücumu təxribatdır.

Bunu Trend-ə Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

O, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib:

“Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram”.